Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunun Xudat şəhərində yeni tikilən 432 şagird yerlik yeni məktəb binası istifadəyə verilib

13 fevral 2021 | 16:00

Yeni istifadəyə verilmiş məktəb binasına Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova, Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu, rayon təhsil şöbəsinin və maliyyə hesablaşma mərkəzinin rəhbərliyi baxış keçirib.

Telman Fərzəliyev adına Xudat şəhər 1 saylı tam orta məktəb üçün yeni binanın tikintisinə 2019-cu ilin dekabr ayından başlanılıb. İkimərtəbəli binada sinif otaqları, laboratoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 260 yerlik akt zalı, kitabxana və 144 yerlik yeməkxana var. Üç korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunub. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri quraşdırılmışdır. Köhnə məktəb binası 93 il əvvəl istifadəyə verildiyindən istismara yararsız vəziyyətdə idi. Müasir tələblərə cavab verən yeni təhsil müəssisəsinin inşası rayon təhsilinin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

Ölkə ərazisində istifadəyə verilmiş hər yeni məktəb cənab Prezident İlham Əliyevin və birinci Vitse Prezident Mehriban Əliyevanın təhsilin inkişafına göstərdiyi diqqətin əyani nümunəsi kimi qiymətləndirilir. Yeni məktəbin müəllim və şagird heyəti ölkə rəhbərinə öz təşəkkürünü bildiriblər.

Keçidlər