Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirildi

10 may 2016 | 16:00

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Xaçmaz rayonunda ümumrayon iməciliyi keçirilib.
         Ulu öndərin doğum günü münasibəti ilə  hər il ənənəvi olaraq təşkil olunan Gül bayramı bu dəfə də maraqlı və yaddaqalan oldu. Gül bayramı ilə əlaqədar rayonun bütün park, bağ və xiyabanlarında idarə, müəssisə və təşkilatların kollektivləri, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  iməciliklər təşkil olunub. Aksiyalar zamanı rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılaraq, iki mindən çox gül və bəzək kolları əkilib. 10 may tarixində Xaçmaz rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə keçirilən  genişmiqyaslı ağacəkmə aksiyası rayon ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı.
Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparıldı, yeni əkilən ağaclar suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi, əkilən ağacların inkişafı üçün, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görüldü.
         Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə təşkil olunan ağacəkmə aksiyasında əsas məqsəd Ulu öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqların daha da genişləndirmək, ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.
         Ağacəkmə kampaniyası Xaçmaz və Xudat şəhərləri ilə yanaşı, rayonun Çarxı, Hülovlü, Müşkür, Nərəcan, Çinartala, Qusarçay, Ləcət, Yalama kəndilərini də əhatə edib. Aksiyaya min nəfər rayon sakini qatılıb.

Keçidlər