Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda Dağıstanın mədəniyyət günləri keçirildi.

13 may 2016 | 16:00

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda keçirilən Dağıstan Mədəniyyəti Günləri çərçivəsində Xaçmaza səfər edib.
         Qonşu respublikanın yüksək vəzifəli şəxsləri eləcə də Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxinin təmsil olunduğu nümayəndə heyəti Çənlibel parkında qarşılanıb.
         Sonra qonaqlar Xaçmazın görməli yerləri ilə tanış olublar.
         Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş görkəmli dövlət xadimi Əziz Əliyevin xatirə muzeyinin qarşısındakı büstü ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Qonaqlar muzeydə görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və rəsmi sənədlərlə tanış olublar.
         Qardaş respublikanın nümayəndələri “Şəxsiyyətlər muzeyi”ni gəzib, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə baxıblar.
         Nümayəndə heyəti Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin həyətində dünya şöhrətli oftalmoloqun abidəsini ziyarət edib, önünə gül dəstləri düzüblər.
         Qonşu respublikanın nümayəndələri ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, xatirəsini ehtiramla anıblar.
         Şəhərlə tanışlıqdan sonra Heydər Əliyev Mərkəzinin qarşısında Dağıstanın tanınmış incəsənət nümayəndələrinin və rəqs kollektivlərinin iştirakı ilə  konsert proqramı təqdim olunub. Dağıstanın bir sıra əməkdar artistləri və məşhur “Ləzginka” qrupu möhtəşəm ifaları ilə  tamaşaçıların alqışını qazanıb.

Keçidlər