Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq günü Ağtala kəndinin balacaları üçün ikiqat bayram oldu.

31 may 2021 | 16:00

1 iyun uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində Xaçmaz rayonunun Ağtala kəndində yeni bağça istifadəyə verilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bağça binasında yaradılan şəraitlə tanış olub. Rayon sakini, xeyriyyəçi iş adamı Məhəmməd Balaqadaşovun təşəbbüsü ilə inşa olunan tərbiyyə müəssisəsi günün tələblərinə tam cavab verir.

20 yerlik Ağtala kənd kənd uşaq bağçasının əvvəlki binası tam qəzalı vəziyyətdə olub. Müasir tələblər səviyyəsində yenilənən bağçada uşaqların təlim tərbiyyəsi və düzgün qidalanması üçün hər cür şərait yaradılıb. Daxildə yeni xidməti otaqlar, bağçanın həyəti abadlaşdırılıb, uşaqların əyləncəsi və istirahəti üçün imkanlar genişləndirilib.

Uşaq bağçası ilə tanış olan Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev balacaları ikiqat bayram münasibəti ilə təbrik edib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafı, onların layiqli vətəndaş kimi böyüməsi üçün həyata keçirdiyi mühüm tədbirlərdən danışıb.

Xaçmaz Rayon İcra Hakimiyyəti və Ağtala kənd sakinləri iş adamı Məhəmməd Balaqadaşova göstərdiyi nəcib təşəbbüsə görə təşəkkürünü bildirir.

Keçidlər