Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda respublika fənn olimpiadasının və respublika fənn müsabiqəsinin qalibləri ilə görüş keçirilib

08 iyun 2021 | 16:00

Xaçmaz rayon İcra Hakimiyyətində respublika fənn olimpiadasının və respublika fənn müsabiqəsinin qalibləri ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev naliyyət qazanan şagirdləri və onların müəllimlərini təbrik edərək, onlara növbəti dərs ilində də uğurlarının davamlı olmasını arzulayıb.

Qeyd olunub ki, bu il respublika fənn olimpiadasında ölkə üzrə əldə olunan 8 qızıl medaldan 2-si Xaçmaz rayonunun payına düşüb. Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı məktəb liseyin 10-cu sinif şagirdi Fərhad Əzizağa oğlu Bəkirov coğrafiya, Arzu qəsəbə tam orta məktəbin 10-cu sinif şagirdi Amin Ramin oğlu Mirişov isə Azərbaycan tarixi fənni üzrə respublika fənn olimpiadasının qalibi olub.

Bundan başqa respublika fənn müsabiqəsinin final mərhələsində Çiləgir kənd tam orta məktəbinin 7-ci sinif şagirdi Fateh Əliheydər oğlu Yusifli biologiya fənni üzrə ikinci yerə, Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı məktəb liseyn 7-ci sinif şagirdi İlqar Oqtay oğlu Dadaşov isə eyni fənn üzrə üçüncü yerə sahib olub. Bildirilib ki, Xaçmazlı tələbə gənclərdən ibarət komanda bu il keçirilən “Dəmir yumruq” intelektual bilik yarışmasının zona mərhələsində qalib olublar.

Müəllim və şagirdlər təhsilimizin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda qalib olan şagird və müəllimlərə rayon icra hakimiyyəti tərəfindən fəxri fərman eləcədə qiymətli xatirə hədiyyələri təqdim olunub.

 

Keçidlər