Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunun turizm zonalarında təmizlik aksiyasına başlanılıb

11 iyun 2021 | 16:00

Yay mövsümünün gəlişi ilə əlaqədər olaraq Xaçmaz rayonunun turizm zonalarında yerləşən çimərliklərində təmizlik işlərinə start verilib. Sahilboyu ərazilərin təmizlənməsinə mənzil kommunal təsərrüfatı idarəsinin, yerli icra nümayəndəliklərinin və bələdiyyənin işçiləri eləcədə gənc könüllülər cəlb olunub. Çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Görülən tədbirlər nəticəsində Niyazoba kəndində və İstisu qəsəbəsinin sahil zolaqları məişət tullantılarından təmizlənib. Toplanan zibil qalıqlarının xüsusi texnikalarla daşınması təmin edilib.

Çimərlik mövsümünə kimi Nabran turizm zonası da daxil olmaqla, bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi nəzərdə tutulub

Keçidlər