Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 26 iyun Silahlı Qüvvələr günü qeyd olunub.

26 iyun 2021 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, ruhuna ehtiram nümayiş etdiriblər. Bayram tədbirində çıxış edənlər Azərbaycan ordusunun gücündən və qüdrətindən danışıb.

Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbədən söz açıb. Qeyd olunub ki, Xaçmazlı gənclərdə torpaqlarımızın işğaldan azad olunmasında fəallığı ilə seçilib. Onların hər biri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tərəfindən mükafatlnadırılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi polkovnik, Mətləb Murğuzov tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik edərək, gələcək həyatlarında uğurlar arzulayıb. Şəhid ailələri və Qarabağ qaziləri göstərilən diqqət qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə Vətən müharibəsində qəhrəmanlıqlarına görə Azərbaycan Respublikasının Prezidenti , Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş müharibə iştirakçılarına orden və medallar təqdim olunub

Keçidlər