Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyatın strateji yol xəritəsi Xaçmazda müzakirə olunub

18 iyun 2016 | 16:00

Xaçmaz şəhər Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində Siyəzən, Şabran, Quba və Xaçmaz rayonlarının nümayəndələrinin iştirakı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin ictimai müzakirələri davam etdirilib.
Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və ADA Universitetinin prorektoru Emin Hüseynov məruzə ilə çıxış ediblər. İctimaiyyət nümayəndələri müzakirələrdə fəal iştirak edərək aqrar sektor, ərzaq sənayesi, turizm və kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı təkliflərini veriblər. Qeyd edilib ki, bütün təkliflər sistemləşdiriləcək və müvafiq qaydada təhlil olunaraq nəzərə alınacaqdır.

Keçidlər