Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

   Xaçmaz rayon Gənclər və İdman İdarəsidə bədən tərbiyəsi və idman sahəsində qəbul olunmuş dövlət proqramlarını, normativ hüquqi aktları, idarənin Əsasnaməsini və cari perspektiv iş planlarını əldə rəhbər tutaraq bədən tərbiyəsi və idman sahəsində müxtəlif tədbirləri, eyni zamanda, 2009-2014 –cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı uyğun olaraq şahmat üzrə məşqçi-müəllimlərin ixtisasartırma kurslarına cəlb olunması, idman növləri üzrə idmançıların və komandaların zona və respublika səviyyəli yarışlarda iştirakının təmin olunması məqsədi ilə rayon yığma komandalarının təşkili və hazırlıq vəziyyətinə nəzarət olunması, Xaçmaz rayon Uşaq-Gənclər Şahmat İdman məktəbində dərsdənkənar vaxtlarda bütün yaş təbəqələri nümayəndələrinin şahmatla məşğul olmaları üçün şəraitin yaradılması, idmançıların və idman komandalarının zona və respublika səviyyəli yarışlara ezam olunmasını həyata keçirir. İdmançıların və idman komandalarının zona və respublika səviyyəli yarışlara ezam olunması rayonda fəaliyyət göstərən UGİM-i və UGŞİM-i, MKKİC-nin Xaçmaz rayon şurası ilə birgə həyata keçirilir ki, həmin müəssisələrdə UGİM-də 715 nəfər, UGŞİM-də isə 345 nəfər,ümumilikdə isə rayon ərazisində idmanın 15 növü üzrə 3974 nəfər, bədən tərbiyəsi və idmanla isə 25889 nəfər məşğul olur. Belə ki, il ərzində ümumtəhsil məktəbləri arasında şən startlar, voleybol, basketbol, üzrə rayon birincilikləri, cüdo, sərbəst güləş, karate üzrə rayon birincilikləri şəhərlərarası turnirlər, Azərbaycanın Milli Qəhrəmanı Yavər Əlibala oğlu Şahbazovun xatirəsinə həsr ounmuş bələdiyyə komandaları arasında futbol turniri, atletika üzrə rayon birincilikləri və çempionatları keçirən idarə, zona və respublika yarışlarında rayonumuzu təmsil edən idmançıların bir sıra uğurlara imza atmalarının şahidi olur. İl ərzində rayon idmançıları zona, respublika və beynəlxalq səviyyəli yarışlarda bir sıra uğurlara imza atmışlar.Ölkə daxilində keçirilən yarışlarda 14-17 mart 2010-cu il tarixlərdə 20 yaşa qədər gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyində Qurbanova Pərvanə III yer,26-28 aprel 2010-cu il tarixlərdə keçirilən İdman Məktəblərinin atletika üzrə Respublika birinciliyində Hacıyeva Afət 300 m məsafəyə qaçışda I yer, 14-16 iyun 2010-cu il tarixlərdə 1992-93 –cü il təvəllüdlü oğlan və qızlar arsında keçirilən atletika üzrə Azərbaycan birinciliyində 1500 m. məsafəyə qaçışda Xəlilova Arzu I yer, 3000 m. məsafəyə qaçışda Nadurmetova Elvira I yer, 15-17 iyun 2010-cu il tarixlərdə 23 yaşa qədər gənclər arsında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində Yusifov Anar III yer, 30 noyabr- 02 dekabr 2010-cu il tarixlərdə keçirilən «Təhsil » Respublika İdman Mərkəzinin toekvondo üzrə yeniyetmələr arasında açıq Respublika birinciliyində Hafizov Bahaddin I yer,Nəzirov Elmir II yer ,28-29 dekabr 2010-cu il tarixlərdə keçirilən VKC növləri üzrə Azərbaycan Kuboku yarışında Cavadov Nəsrulla I yer, Məmmədov Zahid II yer,həmçinin eyni tarixdə keçirilən Kontakt Karate Federasiyasının Respublika birinciliyində Haşımov Natiq I yer , Cəbrayılov Qərib I yer , 07-09 fevral 2011-ci il tarixlərdə keçirilən atletika üzrə Azərbaycan çempionatında Nadurmetova Elvira 3000 m. məsafəyə qaçışda II yer, Hacıyeva Afət 1500 m. məafəyə qaçışda II yer,22-24 fevral 2011-ci il tarixlərdə keçirilən armrestlinq üzrə Azərbaycn birinciliyində Mikayılov Elçin I yer , Rüstəmov Xəyal III yer tutmuşdur.
     Eyni zamanda ölkə daxili yarışlarla yanaşı beynəlxalq yarışlarda rayon idmançılarından İsmayılov Hüseyn VKC növləri üzrə Ukrayna Respublikasının açıq çempionatında I yer, qocor-yu karate üzrə Ukrayna Respublikasında keçirilən avropa birinciliyində 15-17 yaşlılar arsında Seyidov Məhərrəm II yer,Məmmədov İsmayıl II yer, Qurbanov Minabəddin Bolqarıstanda keçirilən Armrestliq üzrə Dünya çempionatında II yer, tutaraq Respublikamızı və rayonumuzu layiqincə təmsil etmişlər.
 

Keçidlər