Şriftin ölçüsü :

Saytın rəngi :

1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub

01 oktyabr 2023 | 11:10
Xaçmaz rayonunda Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 105-ci ildönümü və 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq əməkdaşları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Xaçmaz rayon prokuroru Rəşad Məmmədov və digər yerli hüquq mühafizə orqanlarının rəhbərləri ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıblar.
Sonda Xaçmaz Rayon İcra Hakimimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 105-ci ildönümü və Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə rayon prokurorluğunun bir neçə əməkdaşını fəxri fərmanla təltif edib.
Keçidlər