Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Xaçmaz rayonu

Yaranma tarixi - 08.08.1930
Ərazisi – 1,06 min kv. km
Əhalinin sayı – 181,2 min nəfər (1 yanvar, 2021-ci il)
Əhalinin sıxlığı – 1 kv. km 171 nəfər (1 yanvar 2021-ci il)
Şəhər - 2
Qəsəbələrin sayı – 12
Kəndlərin sayı - 137
Xaçmaz rayonu ilə Bakı arasında olan məsafə - 157 km

 

ƏHALİNİN SAYI
(1 yanvar, 2009-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında)

Ərazi

Cəmi

Kişi

Qadın

nəfər

faiz

nəfər

faiz

nəfər

faiz

Xaçmaz rayonu

159245

100,0

78753

100,0

80492

100,0

şəhər əhalisi

62622

39,32

30479

38,70

32143

39,93

kənd əhalisi

96623

60,68

48274

61,30

48349

60,07

 

Ümumi məlumat

Xaçmaz rayonu Azərbaycanın qədim yaşayış məskəni olmaqla 1930-cu ildə yaradılmışdır. Xaçmaz 1936 - 37-ci illərdə şəhər tipli qəsəbə kimi fəaliyyət göstərmişdir. 1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə rayon yenidən bərpa edilmişdir. Şimal-qərbdə Rusiya Federasiyası ilə həmsərhəddir, şimal-şərqdə Xəzər dənizi ilə əhatələnmişdir. Mərkəzi Xaçmaz şəhəridir. Rayona Xaçmaz, Xudat şəhərləri, Şollar, İstisu, Aşağı Ləgər, Şimal, Dalğalı, Meşəli, Samurçay, Günəşli, Turist, Sahillər, Arzu, Yeni Həyat qəsəbələri və Vələmir, Qaraçı, Qaraqurdlu, Hacıqurbanoba, Cığatay, Gülalan, Çaxmaqlı, Laman, Qaraqaşlı, Əbilyataq, Qarabağlı, Ağçay, Qarğalıq, Çarxı, Xanlıqoba, Qalağan, Hacılar, Ərəb, Keymərəz, Sayad, İlxıçı, Yergüc, Padar, Armudpadar, Üçgünqışlaq, Bayoba, Hacıəlibəy, Müşkür, Köhnə Xaçmaz, Müzəffəroba, Müşviq, Xaspoladoba, Əzizli, Gəncəli, Bəbəli, Qımılqışlaq, Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəməmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar, Hacıisaoba, Uzunoba, Meçitoba, Yataqoba, Şıxlı, Şərifoba, Baraxum, Tikanoba, Xəzərli, Çaykənarı, Gödəkli, Əhmədoba, Hacıəhmədoba, Qaracəlli, Hacıqazma, Aşağı Zeyd, Çılqır, Alıcqışlaq, Qaracik, Qədmalıqışlaq, Şıxhaput, Nərəcan, Ağtala, Çiləgir, Mürşüdoba, Sabiroba, Mənçəroba, Hülövlü, Qaradağ Buduq, Qaradağlı, Rəhimoba, Ustacəlilli, Qobuqıraq, Canaxır, Mehrəliqışlaq, Bəyqışlaq, Mürsəliqışlaq, Susayqışlaq, Pərdiqıran, Çaxçaxlı, Maqsudkənd, Şollar, Dədəli, Bostançı, Nağıoba, Hacıabdurəhimoba, Sibiroba, Kiçik Baraxum, Ləcət, Moruqoba, Tağaroba, Yalama, Xanoba, Ortaoba, Ukuroba, Düztahiroba, Yaquboba, Zuxuloba, Səlimoba, Qusarçay, Palçıqoba, Çinartala, Manafoba, Ağaşirinoba, Qıraqlı, Həsənqala, Ağaverdioba, Balaqusarqışlaq, Pirquluoba, Qoçaqqazma, Hacıməmmədoba, Yeni Sudur, Həbibkənd, Nabran, Tel, Köhnə Xudat, Seyidlər, Digahoba, İdrisoba, Fərzəlioba, Xuray, Aşağıoba, Aslanoba, Niyazoba, İlxıçı, İlxıçı Həsən Əfəndi, Sərkərli, Suxtaqalaqışlaq, Ağyazı Buduq, Qaraçaycek, Qaracik Zeyid, Seyidlikəndyeri, Palıdlı kəndləri daxildir. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda 1-2°C, iyulda 23-24°C-dir. İllik yağıntı 300-400 mm-dir. Çayları (Samur, Qusar, Qudyal, Qaraçay, Vəlvələ) Xəzər hövzəsinə aiddir. Rayonun qərbindən Samur-Abşeron kanalı keçir. Torpaqları çəmən-meşə, şabalıdı və açıq-şabalıdıdır. Çəmən və kolluqlar yayılmışdır. Düzənlik meşələri var. Çöl-donuzu, yenot, qırqovul, kəklik və s. məskunlaşmışdır. Sahil suları balıqla (külmə, kilkə, şamayı və s.) zəngindir.

Xaçmaz, əsasən, kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında tərəvəzçilik, meyvəçilik, taxılçılıq və heyvandarlıq mühüm yer tutur. Konserv zavodu, ilkin üzüm emalı zavodları, çörək kombinatı, qida məhsulları kombinatı, yem istehsalı zavodu, kondensator zavodu və s. fəaliyyət göstərir.
Rayon ərazisində Sərkərtəpə, Dəyirmantapə, Canaxır, Xaspoladoba kurqanları, XV əsrə aid Şıxlar kəndində Şeyx Yusif məscidi və türbəsi, XV-XVI əsrə aid Qaraqurdlu kəndində Şah Abbas məscid-mədrəsəsi mövcuddur.

Keçidlər