Şriftin ölçüsü :

Saytın rəngi :

10 Mart Milli Teatr Günü və Xaçmaz Xalq Teatrının yaranmasının 10 illiyi qeyd edilib.

10 mart 2025 | 16:53
Xaçmaz rayonunda 10 Mart Milli Teatr Günü və Xaçmaz Xalq Teatrının yaranmasının 10 illiyi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Xaçmaz Xalq Teatrının 10 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar.
Rəsmi hissədə Azərbaycan Teatrının 152 illik fəaliyyətinə və Ulu Öndər Heydər Əliyevin Milli Teatrımız haqıqnda çıxışlarına dair videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrının yaranma tarixi haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan teatrı kəşməkəşli ömür sürərək zamanın mühakiməsindən üzüağ çıxıb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan teatrı dünyanın aparıcı beynəlxalq festivallarında uğurla təmsil olunur.
10 Mart Milli Teatr Günündə Nəzər Mirzəyevin qələmə aldığı və Xaçmaz Xalq Teatrının aktyor truppasının səhnələşdirdiyi “Həyata dönüş” tamaşası nümayiş etdirilib.
Sonda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Millli Teatrımızın 152 və Xaçmaz Xalq Teatırının yaranmasının 10 illiyi münasibəti ilə teatrın aktyor truppasını təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb. Həmçinin Xaçmaz Xalq Teatrının yaradıcı heyyətini “Təşəkkürnamə” ilə təltif edib.
Keçidlər