Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr 2017-ci il tarixdə Xaçmaz rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi.

15 sentyabr 2017 | 16:00

     Məktəbliləri təbrik etmək üçün rayonda fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələrində Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının müavinləri, şöbə müdirləri, aparatın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının  sədri, rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər. Orta məktəblərdə  keçirilən bayram tədbirlərində Bilik günü münasibətilə məktəblilər, valideyn və müəllimlər çıxış edərək, ümumilikdə təhsil ictimaiyyətinə  yeni dərs ilində uğurlar arzulanmışdır.Yeni dərs ilinin başlanması rayonda hər il yeni məktəb binalarının açılışı ilə yadda qalır.  Bu ildə də  ənənəyə uyğun olaraq 15sentyabr  Bilik günündə rayonun Aşagı Ləgər kəndində  yeni məktəb binasının açılışı həyata keçirildi. Aşagı Ləgər kənd ümumi ortaməktəbin yeni binasının açılış mərasimində Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Yetkin Mehmanov, Xaçmaz rayon Təhsil şöbəsinin məsul əməkdaşları, məktəbin  derektoru, müəllim və şagird heyəti iştirak etdilər. Keçirilən bayram tədbirindəYetkin Mehmanov çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik etdi, onlara yeni dərs ilində uğurlar arzuladı. Natiq  ötən tədris ilinin də Xaçmaz rayonu üçün uğurlu olduğunu diqqətə çatdırdı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərinin  yüksək nəticə əldə etmə dinamikasının artdığını  vurğuladı. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirdi.Bildirildi ki, təhsil sahəsində şahidi olduğumuz nailiyyətlər  dövlət başçısı cənab İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasının bəhrəsidir. Daha sonra çıxış edən məktəbin direktoru, şagird və məzunları məktəbin son illərdə əldə etdiyi uğurları  barədə  tədbir iştirakçılarına məlumat verdilər. Sonra tədbir bədii hissə ilə davam etdi, məktəbin şagirdləri tərəfindən ifa olunan  Cocuq Mərcanlı haqqında kompozisiya iştirakçılar arasında böyük təəssürat yaratdı.  Tədbirin sonunda “İlk Zəng” çalındı və dərs yeni məktəb binasında  başlandı
 

Keçidlər