Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr 2017-ci il tarixində Xaçmaz rayonunda Qusarın mədəniyyət günləri keçirilib.

27 sentyabr 2017 | 16:00

     Tədbir ilə əlaqədar Qusarın çoxsaylı  mədəni kollektivlərindən ibarət nümayəndə heyəti  Xaçmaz  şəhərinə gəlib.Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti  başçısı Şəmsəddin Xanbabayev də  iştirak edib. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi vasitəsilə Qusarın turizm potensialını əks etdirən görüntülərlə, dekorativ incəsənət nümunələri , bölgənin tarixi, mətbəxi, folkloru və adət-ənənəsi ilə tanış olublar. 

     Şəmsəddin Xanbabayev   qeyd edərək bildirib ki, bu tədbir  iki qonşu bölgə  arasında mədəni əlaqələrin inkişafı üçün kifayət qədər böyük imkanlar yaradacaqdır. O, bütün nümayəndə heyətinə  Xaçmaz ictimaiyyəti adından dərin təşəkkürünü bildirmiş və    ölkəmizin zəngin mədəniyyətində  Qusar rayonunun oynadığı xüsusi rolundan  bəhs etmişdir.  

      Daha sonra Qusar  mədəniyyət  günü  çərçivəsində iştirakçılara  musiqi proqramı təqdim olunub. Musiqi proqramı Qusar rayon İncəsənət Məktəbinin Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə təqdim olunub. Ansambl maraqlı konsert proqramı ilə çıxış edib. "Ləzginka" rəqsi və qadınlardan ibarət folklor deyişməsi rədbirin sevilən musiqi nömrələrindən biri olub. Sonda Qusarın mədəniyyət kollektivi ilə birlikdə xatirə şəkli çəkdirilib. 

Keçidlər