Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 27-də Xaçmaz rayon Mərkəzi kitabxanasında Amerika guşəsinin açılışı həyata keçirilib.

27 sentyabr 2017 | 16:00

 Mərasimdə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekutavə Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev iştirak edib.
     Əvvəlcə guşədə kompüter və digər texniki avadanlıqlarla, kitab və rəsmlərlə tanışlıq olub. Kitabxanaya yeni avadanlıq, texnika, lazımi materiallar və kitablar hədiyyə edilib.
     Mərasimdə çıxış edən
 Şəmsəddin Xanbabayev tədbir iştirakçılarına Amerika guşəsi barədə məlmat verib. Bildirib ki, yeni açılacaq guşə region gənclərinin innovativ bilik və bacarıqlara yiyələnməsində dəstək olacaqdır. Daha sonra  çıxış edərək  səfir Robert Sekuta guşənin Amerika və Azərbaycan xalqları arasında ünsiyyətin möhkəmləndirilməsində, kompüter biliklərinin mənimsənilməsində, ingilis dilini öyrənmək və təhsil proqramları ilə tanış olmaq imkanlarının qazanılmasındakı    əhəmiyyətindən danışıb.
     Qeyd olunub ki, Amerika guşəsi proqramına hazırda Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan, Xaçmaz rayon və şəhərlərindəki regional Amerika guşələri də daxildir. Mərkəz və guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumatlar əldə etmək, təhsil və mübadilə proqramları barədə ətraflı bilgilər qazanmaq, habelə yaradıcılıq məkanında yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, habelə mühazirələr, danışıq klubları hər bir kəs  üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlər də təqdim edir.

Keçidlər