17 oktyabr 2017- ci il tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzində növbəti hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına nəzər salınıb. Qarşıda duran vəzifələrin görülməsinə dair məsələlər müzakirə olunub.
Rayonun idarə, təşkilat və müəssisələrinin, xidmət sahələri rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, ölkənin davamlı inkişafının təmin olunmasında möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Xaçmaz rayonunda aparılan abadlıq-quruculuq istiqamətində görülən işlərin şəhər sakinləri tərəfindən rəğbətlə qarşılandığını vurğulayan Şəmsəddin Xanbabayev deyib ki, rayonda reallaşdırılan su kanalizasiya layihəsi ilə əhalinin kommunal sahədə mövcud olan problemi müsbət həllini tapır.
2017-ci ilin 9 ayında rayon İcra Hakimiyyəti Başçısının aparatı, onun şöbələri, hüquq-mühafizə orqanları ilə birlikdə Respublika Prezidentinin Qərar, Fərman və Sərəncamlarını və ölkə daxilində həyata keçirilən siyasi xətti əldə rəhbər tutaraq ,rayonda iqtisadi inkişafı sürətləndirmək, ictimai-siyasi sabitliyi qorumaq , qanunların icrasını təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Cari ilin son 9 ayında görülmüş işlər haqqında Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Yetkin Mehmanov məruzə edərək bildirmişdir ki, hesabat dövrü rayonumuz üçün də bir sıra hadisələrlə əlamətdar olmuş, kifayət qədər böyük həcmli tikinti-quruculuq, abadlıq işləri görülmüşdür.
Yetkin Mehmanov bildirmişdir ki, 2017-ci ilin 9 ayında ümumi məhsulun 160% faizi sənayedə, 102.6 faizi kənd təsərrüfatında, 102 faizi nəqliyyatda, 103.5 faizi informasiya və rabitədə, əsas kapitala yönəlmiş investisiyaların həcmi 173 faiz olmuş və bu müddət ərzində şəhərimizdə ümumi sahəsi 19.5 min м2 olan mənzil tikilib istifadəyə verilmişdir. Hesabat dövründə abadlıq-quruculuq işləri planlı şəkildə davam etdirilmiş şəhərin giriş hissəsində Xaçmaz Eliktrik Stansiyasından başlayaraq Bakı prospektində 1 км-dən artıq məsafədə istinad divarları tikilmiş , 2 böyük həcmli – diametri 1,4 metr оlan saatlar quraşdırılmış, Qarabağ əlillərinin yaşayış binasının qarşısında piyada körpüsü tikilmiş , «Çənlibel» istirahət parkında cari təmir və yenidənqurma işləri aparılmış , mozaika ilə üzlənmiş 2 köşk тикилмиш, Fəvvarələr bağı М.Rəsulzadə küçəsi boyu bir qədər genişləndirilmiş, yeni yaşıllıqlar , kol və dekorativ güllər əkilmiş, skamyalar qoyulmuşdur.Şəhərin Heydər Əliyev parkının yaxınlığında olan , 70 №-li, 4 bloklu 5 mərtəbəli binanın fasad hissəsinin milli arxitektura üslubunda üzlənməsi başa çatdırılmış , hazırda parkın ərazisində olan divar 5 mərtəbəli binanın -Peşə Liseyinin yataqxana binasının üzlənməsi işi davam edir və N.Nərimanov 68 №-li beşmərtəbəli binanın üzlənməsinə başlanmışdır. Möhtərəm Prezidentimizin göstərişinə əsasən rayonun 19 kəndinin (Nabran,Turist, Dalğalı, Samurçay, Şimali, Günəşli, Tel, Yaquboba, Xanoba, Səlimoba, Vələmir, Meşəli, Sahillər, Aşağıoba, Aslanoba, Seyidlikəndyeri, Xuray, Çaxçaxlı, Pərdiqıran) qazlaşdırılması üçün layihələndirmə işləri başa çatdırılmış, 5 kəndə ( Tel, Günəşli, Xanoba, Yaquboba, Səlimoba) təbii qazın verilməsi təmin edilmişdir.
Sonda Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tərəfindən qarşıda duran vəzifələr ilə bağlı aidiyyatı təşkilatlara müvafiq göstəriş və tapşırıqlar verilmişdir.