Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 18 oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bayram tədbiri keçirildi

18 oktyabr 2017 | 16:00
   18 oktyabr 2017-ci il tarixində Xaçmaz rayon İcra Hakimiyyətinin   təşkilatçılığı ilə  Heydər Əliyev  Mərkəzində 18 oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bayram tədbiri   keçirildi. 

 Tədbirdə Xaçmaz  rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev, RİHB-nın müavinləri, aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri,   ziyalılar və gənclər  iştirak etdilər.
      İlk öncə tədbir Azərbaycan Respublikasının  Dövlət himni ilə açıq elan edildi. Daha sonra Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova      26 illik tarixə malik olan müstəqil Azərbaycanın dövlətçilik tarixi haqqında tədbir iştirakçılarına  məlumat verdi.
     İlhamə Nəzərova bildirdi ki,  Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir. Xalqımız müstəqilliyini qazandıqdan sonra onu itirmək təhlükəsi ilə üzləşdi. Lakin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi nəticəsində biz bu müstəqilliyi qoruyub saxlaya bildik. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Bunun nəticəsidir ki, Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
    Çıxış edən İlhamə Nəzərova  Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilən məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdırıldığı vurğuladı. Qeyd etdi ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Bu gün  müstəqilliyimiz   möhtərəm Prezident İlham Əliyev tərəfindən qorunub saxlanılır.
      Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yavər Şahbazovun atası Əlibala Şahbazov bildirdi ki, dövlət tərəfindən Milli Qəhrəmanlara göstərilən qayğı təqdir olunasıdır. Onun  sözlərinə görə, bu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır və hər bir Milli Qəhrəmanın, şəhidin xalqımızın tarixinə yazdığı qəhrəmanlıq salnaməsi gənclərin əbədi vətənpərvərlik məktəbi olmalıdır. 
    Tədbir konsert proqramı  ilə davam etdirildi. Konsertdə Respublikanın əməkdar artistləri Sevinc Sarıyeva, Babək Niftəliyev, xanəndələr Ehtiram Hüseynov, Nisbət Sədrayeva möhtəşəm musiqi proqramı ilə tədbirə yekun vurdular. 

 

Keçidlər