Xaçmazda Dövlət Bayraq Günü ilə bağlı tədbir keçirilib.
Noyabrın 8-də Xaçmaz rayonu ərazisində salınmış Bayraq Meydanında 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bayraq bizim mənliyimizdir!” adlı tədbir keçirilib.Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova, rayon gənclər və idman idarəsinin rəisi Emil Tağıyev, rayon təhsil şöbəsiinin müdiri Mədinə Nurməmmədova , rayon ümumtəhsil məktəblərinin rəhbərləri, rayon ictimaiyyəti və rayonun fəal gəncləri iştirak etmişlər.
Tədbir ilk olaraq Dövlət Himninin səslənməsi ilə start götürmüşdür.
Sonra çıxış edən Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova çıxışında ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkdi. Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan natiq ümummilli lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırdı.Bildirildi ki, gün gələcək biz ölkə rəhbəri cənab Prezidentin qüdrətli siyasəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır. Daha sonra 9 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə rayon orta umumtəhsil məktəblərinin şagirdləri şeirlər ilə tədbir iştirakçıları qarşısında çıxışlar etmişlər.