Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın 9 şəhər və rayondan olan iştirakçıları Xaçmaz rayonu ilə tanış olublar.

14 noyabr 2017 | 16:00

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, noyabrın 11-dən 14-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyaya start verilib. Quba-Qusar-Xaçmaz marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Qubadlı, Ağdam, Goranboy, Tərtər, Beyləqan, Bərdə, Naftalan, Ağcabədi, Cəbrayıl  məktəblilərindən ibarət 9 qrupun üzvləri noyabrın 16-da, səhər saatlarında Xaçmaza  çatıblar. Şagirdləri Xaçmaz  şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon İcra Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova Gənclər və İdman İdarəsinin rəisi Emil Tağıyev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının aparat rəhbəri   və təhsil şöbəsinin nümayəndələri qarşılayıb. İlhamə Nəzərova məktəbli qonaqlara son illərdə rayonun keçdiyi inkişaf yolundan bəhs edib. O bildirib ki, bu layihə dövlət Başçısının gənclərə verdiyi böyük diqqətin nümunəsidir. Daha sonra məktəblilər Heydər Əliyev Mərkəzi, Şəxsiyyətlər Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, İncəsənət Mərkəzi, Fəvvarələr Bağı, Bayraq Muzeyi,Çənlibel Parkı ilə tanış olublar.    Daha sonra şagirdlər nahar etdikdən sonra rayonlarına yola salınıblar.

Keçidlər