Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Xaçmaz məktəbliləri ölkənin şimal-qərb istiqamətinə yola salındılar

15 noyabr 2017 | 16:00

 15 noyabr tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində xaçmaz məktəblilərinin  Qəbələ-Şəki-Zaqatala rayonlarına yola salınmaları münasibətilə tədbir  keçirildi.Yola salınma mərasimi Heydər Əliyev Mərkəzində reallaşdırılıb. 
    Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev,Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Nazim Ağayev, rayon  Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova , rayon Gənclər İdman İdarəsinin rəisi  Emil Tağıyev,  məktəb direktorları, valideynlər, ictimai birliklər, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər. 
    “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində xaçmaz  məktəblilər ilk əvvəl ümummilli lider Heydər Əliyevin Mərkəzdə   ucaldılan abidəsini ziyarət etdilər.
Daha sonra tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı.  
    Bildirdi ki, şimal-qərb bölgəsinə reallaşdırılan maarifləndirici tur-aksiyada Xaçmaz rayonundan 40 məktəbli iştirak edəcəkdir. Şagirdlərə uğurlar diləyən rayon rəhbəri  tur-aksiyadan müsbət şəkildə yaralanmağı tövsiyə etdi. O qeyd etdi ki, ölkə Başçısının ideyası əsasında gerçəkləşən bu layihə siz gənclərin biliklərinin genişlənməsinə, rayonlarımızın tarixi məkanlarını tanıması baxımından olduqca əhəmiyyətli layihədir.
    Daha sonra çıxış edən  Rayon İcra Hakimiyyəti  Başçısının müavini İlhamə Nəzərova “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrində reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdı. Zərifə Əliyeva adına 8 saylı   tam orta məktəbin şagirdi Jalə Rəcəbova dövlət Başçısına gənclərə göstərdiyi diqqətə görə tur aksiya iştirakçıları adından təşəkkür bildirdi. 
    16  noyabr tarixində tur-aksiya iştirakçıları Heydər Əliyev adına parkda , Ulu Öndərin abidəsi önünə toplaşaraq böyük qürurla dövlət himnini səsləndirəndən sonra   onlar üçün ayrılan xüsusi avtobusla şimal-qərb  bölgəsinə yola salındılar.

Keçidlər