Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində 9 rayonun məktəbliləri Xaçmaz şəhərindədir

19 noyabr 2017 | 16:00

    Aksiya iştirakçıları 19 noyabr tarixdə səhər  saatlarında Xaçmaz  şəhərinə  gəldilər. Heyətin tərkibində Qobustan, Göyçay, İsmayıllı, Qəbələ, Şəki, Ağsu, Mingəçevir, Oğuz, Şamaxı rayonlarının gəncləri yer alıblar. Heydər Əliyev Parkında  səmimiyyətlə qarşılanan məktəblilərə rayon  İcta Hakimiyyəti Başçısının müavini İlhamə Nəzərova bu müasir  şəhər haqqında məktəblilərə geniş  məlumat verib və bildirib ki, tur-aksiya çərçivəsində onlar bölgə haqqında, onun maddi-mədəni abidələri, muzeyləri, habelə müasir inkişafı barədə ətraflı məlumat əldə edəcəklər.Qarşılanmada rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Tağıyev, rayon təhsil şöbəsinin əməkdaşları da iştirak ediblər. İlhamə Nəzərova bidirib ki, ölkə Başçsı tərəfindən gənclərin vətənpərvər şəkildə formalaşması üçün həyata keçirilən işlərdən biri də məhz bu layihədir. 
    Sonra məktəblilər şəhərlə tanışlığa parkdakı Heydər Əliyev Mərkəzindən başlayıblar. Mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən tur-aksiya iştirakçıları  mərkəzlə yaxından tanış olublar. Burada şagirdlərə məlumat verilib ki, möhtəşəm  bina ən mötəbər tədbirlərin keçirildiyi məkandır. İnşasına 2015-ci ildə başlanan mərkəz ölkə Başçısı İlham Əliyevin iştirakı ilə 2016-cü ildə istifadəyə verilib. Burada  kinozal, elektron kitabxana, konfrans zalları, müxtəlif dərnəklər  üçün otaq, sərgi salonu və s. fəaliyyət göstərir. Məktəblilər mərkəzin birinci mərtəbəsində Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən guşələrə baxdıqdan sonra parkı gəzib və burada sakinlərin istirahəti üçün yaradılan şəraitlə tanış olublar.
     Sonra məktəblilər Şəxsiyyətlər Muzeyində,  Tarix-Diyarşünaslıq Muzeyində, Rəsm Qalereyasında,Fəvvarələr Bağında, İncəsənət Muzeyində, Çənlibel Parkında,  olublar.  Şagirdlər  Dövlət Bayraq Meydanında  olublar və Bayraq Meydanından rayonun mənzərəsini seyr ediblər. Daha sonra tur aksiya iştirakçıları nahar etdikdən sonra yola salınıblar.

Keçidlər