Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbiri kecirilmişdir

28 noyabr 2017 | 16:00
    Tədbirdə AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları İlham Əliyev, Eldəniz Səlimov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Tağıyev çıxış edərək, ölkəmizdə idmana göstərilən dövlət qayğısından, eləcə də layihənin əhəmiyyətindən danışıblar.
     Bildirilib ki, layihə çərçivəsində ölkəmizdə yaradılan açıq əyləncəli uşaq futbol məktəbləri 2004-cü ildən fəaliyyət göstərir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da geniş vüsət alan bu aksiya münaqişələrin mövcud olduğu ölkələrdə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman vasitəsilə bir qədər dəyişmək, onların idmana marağını artırmaq, uşaq futbolunun inkişafına dəstək vermək məqsədi daşıyır.
     Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları, həmçinin hədiyyələr təqdim olunub.
 
Keçidlər