Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

12 dekabr 2017 | 16:00

    Müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Xaçmaz  rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rəsmi şəxslər, şəhər ictimaiyyətinin nümayəndələri, idarə və təşkilatların kollektivləri,  məktəblilər dahi şəxsiyyət Ulu Öndərin şəhərin mərkəzi parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.

    On dörd il cismən Azərbaycan xalqından ayrılmasına baxmayaraq, mənən və əbədi olaraq da bizimlə qalacaq Heydər Əliyev Vətənin böyük oğlu, xalqın lideri, bənzərsiz dövlət xadimi idi. Ümummilli liderin siyasi xətti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətləri, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlər əvəzolinmazdır.  Ümumilli lider Heydər     Əliyevin rəhbərliyi altında Azərbaycanda həyatın  bütün sahələri yeni inkişaf mərhələsi və uğurlu nəticələrlə yadda qalıb.

    Bu gün də ictimai həyatın bütün sahələrinin   inkişafı Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnir.

    Anım günündə  Ulu Öndərin abidəsi önündə böyük izdiham müşahidə olundu və  hər bir fərd dahi şəxsiyyətin xatirəsini  böyük ehtiramla yad etdi.

     Daha sonra 12 dekabr 2017-ci il tarixində Xaçmaz  rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan verildi.

Keçidlər