Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun turizm-rekreasiya imkanları müzakirə edildi.

22 dekabr 2017 | 16:00

   22 dekabr 2017-ci il tarixində Xaçmaz Rayon  Tarix  Diyarşünaslıq Muzeyində  rayonun  turizm sahəsində mövcud rekreasiya imkanlarının müzakirəsinə həsr olunmuş tədbir  keçirilmişdir. Qarşılıqlı fikir mübadiləsi ilə keçirilən təqdimatda Xaçmaz rayon İcra Hakimiyyəti  Başçısının müavini İlhamə  Nəzərova, Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin Planlaşdırma və İnkişaf sektorunun müdiri Mahir Qəhrəmanov iştirak etmişdir.  Təqdimatda Xaçmaz rayon İcra Hakimiyyəti  Başçısının müavini İlhamə  Nəzərova çıxış edərək bildirmişdir ki, rayonda turizmin müxtəlif seqmentləri üzrə mövcud imkanlar bu bölgənin inkişafını şərtləndirəcəkdir. İlhamə  Nəzərova daha sonra dövlət Başçısı İlham Əliyev tərəfindən turizmin inkişafına dəstək olan iri  layihələrdən söz açıb. Daha sonra təqdimatda iştirak edən Mahir Qəhrəmanov  bildirmişdir ki, “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq Xızı-Xaçmaz rekreasiya zonasının Baş İnkşaf planı hazırlanmışdır.  Təqdimatda  Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi  Nazim Ağayev, “İnnova” MMC-nin nümayəndələri və dövlət qurumlarının müvafiq nümayəndələri iştirak etmişdir. Çıxış edənlər layihə ilə bağlı iştirakçılara geniş məlumat vermişdir.

   Sonda təqdimat iştirakçıları  tərəfindən  layihə ilə bağlı müvafiq fikir və təkliflər bildirilmiş, Xaçmaz rayonunun turizm potensialı barədə tövsiyyələr edilmişdir.

   Təqdimat işgüzar şəraitdə keçmişdir.

Keçidlər