“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirildi
14 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində xaçmaz məktəblilərinin Lənkəran-Masallı-Astara rayonlarına yola salınmaları münasibətilə tədbir keçirildi.Yola salınma mərasimi Heydər Əliyev Mərkəzində reallaşdırılıb.
Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlhamə Nəzərova , Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının əməkdaşları, rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova , məktəb direktorları, valideynlər, ictimai birliklər, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər.
“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində xaçmaz məktəblilər ilk əvvəl ümummilli lider Heydər Əliyevin Mərkəzdə ucaldılan abidəsini ziyarət etdilər.Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini İlhamə Nəzərova “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrində reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdı. Natiq qeyd etdi ki, ölkə Başçısının ideyası əsasında gerçəkləşən bu layihə siz gənclərin biliklərinin genişlənməsinə, rayonlarımızın tarixi məkanlarını tanıması baxımından olduqca əhəmiyyətli layihədir.
İlhamə Nəzərova bildirdi ki, cənub bölgəsində reallaşdırılan maarifləndirici tur-aksiyada Xaçmaz rayonundan 40 məktəbli iştirak edəcəkdir. Şagirdlərə uğurlar diləyən tədbir iştirakçıları tur-aksiyadan müsbət şəkildə yaralanmağı tövsiyə etdilər.
Daha sonra məktəblilər dövlət Başçısına gənclərə göstərdiyi diqqətə görə tur aksiya iştirakçıları adından təşəkkür bildirdilər.