Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçılarının yola salma mərasimi keçirildi

15 mart 2018 | 16:00

15 mart  2018-ci il tarixində  rayonun Heydər Əliyev Parkında rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlərin iştirakı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun təhsildə fərqlənən  məktəbliləri  Lənkəran -Masallı-Astara  rayonlarına təntənəli yola salma mərasimi keçirildi.
   Xaçmaz  rayonunun ümumtəhsil məktəblərinin öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər X-XI sinif şagirdi və onları müşayiət edən nəzarətçi qrupu ölkənin  cənub istiqamətinə  səyahət edəcək, şəhərlərin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.
Mərasim iştirakçıları öncə Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoydular.

Tur-aksiya iştirakçılarını yolasalma mərasimində çıxış edən Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İlhamə Nəzərova tur-aksiya iştirakçılarına bu aksiya haqqında geniş məlumat verdi.   Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, bu sahədə rayonda görülmüş işlər barədə məlumat verdi, məktəblilərə tövsiyələrini bildirdi .  Məktəblilərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını ifadə etdi.
    Daha sonra məktəblilər onlar üçün ayrılan xüsusi avtobuslarla  yola salındılar.

Keçidlər