Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” aksiyası çərçivəsində Xaçmazda 3 min ağac əkilib.
24 mart 2018 | 16:00
YAP Xaçmaz rayon təşkilatı və Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birgə təşkil edilib. Dörd yüz nəfərdən çox partiya fəalının qoşulduğu kampaniya zamanı tinglər aqrotexniki qaydalara uyğun əkilib.
Aksiya başlamazdan əvvəl Milli Məclisin deputatı Eldəniz Səlimov, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək dünyada ekoloji tarazlığın pozulduğu müasir dövrdə yaşıllaşdırmanın böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Aksiya mütəmadi olaraq rayon mərkəzində və bütün yaşayış məntəqələrində meyvə və dekorativ ağacların əkilməsi ilə davam etdiriləcək