Qaracik-Zeyid və Aslanoba kəndləri mavi yanacaqla təmin olundu
Xaçmazın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən rayonun Xanoba, Tel və Yaquboba, Seyidlikəndyeri yaşayış məntəqələri artıq qazlaşdırılıb.
Aprelin 6-da Qaracik-Zeyid kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Xaçmaz RİH-nin başçısı Şəmsəddin Xanbabayev və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak edirdilər.
Çıxış edən kənd ziyalıları, ağsaqqallar dövlət başçısının onlara olan diqqətini yüksək dəyərləndirdilər.
Xaçmaz Regional Qaz İstismar İdarəsinin rəisi Xaliq Namazov çıxışında əhalini qazdan ehtiyatla istifadə etməyə, təhlükəsizlik qaydalarına riayət etməyə çağırdı.
Beləliklə, rayonda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 95-ə çatıb.
Mərasimdə çıxış edən Xaçmaz RİH-nin başçısı Şəmsəddin Xanbabayev mavi yanacaqla təmin olunan kənd sakinlərini təbrik etdi və onlara xoş arzularını bildirdi. Rayon rəhbəri yaşayış məntəqələrinin qazlaşdırılmasını xaçmazlılara göstərilən dövlət qayğısının təzahürü kimi yüksək dəyərləndirdi.
Çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb, kəndə təbii qaz verilib