Şriftin ölçüsü :

Saytın rəngi :

18 aprel 2018- ci il tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzində növbəti hesabat yığıncağı keçirilib.

18 aprel 2018 | 16:00

  Hesabat yığıncağında 2018-ci ilin ilk rübünün   sosial-iqtisadi inkişafının yekunlarına nəzər salınıb. Qarşıda duran vəzifələrin görülməsinə dair məsələlər müzakirə olunub.

  Rayonun  idarə, təşkilat və müəssisələrinin, xidmət sahələri rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, ölkənin davamlı inkişafının təmin olunmasında möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Xaçmaz rayonunda  aparılan abadlıq-quruculuq istiqamətində görülən işlərin şəhər sakinləri tərəfindən rəğbətlə qarşılandığını vurğulayan Şəmsəddin Xanbabayev  deyib ki, rayonda reallaşdırılan su kanalizasiya layihəsi ilə əhalinin kommunal sahədə mövcud olan problemi müsbət həllini tapır. 

  2018-ci ilin ilk rübündə   rayon  İcra Hakimiyyəti Başçısının aparatı,  onun şöbələri, hüquq-mühafizə   orqanları ilə birlikdə Respublika Prezidentinin Qərar, Fərman və Sərəncamlarını və ölkə daxilində  həyata keçirilən siyasi xətti əldə rəhbər tutaraq ,rayonda iqtisadi inkişafı sürətləndirmək, ictimai-siyasi sabitliyi qorumaq , qanunların icrasını təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Cari ilin ilk rübündə  görülmüş işlər haqqında Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova  məruzə edərək bildirmişdir ki, hesabat dövrü rayonumuz üçün də bir sıra hadisələrlə əlamətdar olmuş, kifayət qədər böyük həcmli tikinti-quruculuq, abadlıq işləri görülmüşdür.

  İlhamə Nəzərova  məruzə edərək bildirmişdir ki, 2018-ci ilin ilk rübündə üzrə   ümumidaxili məhsulun həcmi  52,4 milyon manat, sənaye  məhsulunun  həcmi  15,1 milyon manat, kənd təsərrüfatı  məhsulunun  həcmi  12,9 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi   14,5 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 98,7 milyon manat, əsas kapitala yönəlmiş investisiyaların həcmi   12,1 milyon manat, adambaşına düşən pul gəlirləri  296,1 manat, orta aylıq əmək haqqı 329,7 manat təşkil etmişdir. .  Nəqliyyat sahəsində xidmətlərin həcmi  1,5   milyon manat, rabitə xidmətlərinin həcmi 377,3 min manat olmuşdur. Hesabat dövründə ümumi həcmi  8055 molan mənzil  tikilib istifadəyə verilmişdir. Abadlıq-quruculuq işləri  planlı şəkildə davam etdirilmiş  şəhərin giriş hissəsində Bakı prospektində 14000 metr, akademik Zərifə Əliyeva, Z.Tağıyev, N.Nərimanov küçələrində isə  10000 metr  məsafədə beton bardyurlar qoyulmuşdur. Bakı prospektində əsas istirahət guşələrimizdən biri olan  “Seyrəngah”-da 2000 m2 ərazidə yeni dekorativ tamet daşları döşənmişdir. Tikintisi artıq yekunlaşdırılmaq üzrə olan  və  memarlıq üslubuna görə rayonumuz üçün yeni bir tkinti nümunəsi hesab olunan “Saatlar kompleksi”ndə artıq işlər başa çatdırılmaq üzrədir. “Saatlar kompleksi”nin ətrafına  yeni mozaika üslubunda pilətələr düzülmüşdür. Rayonun Xudat şəhər istiqamitindəki “Giriş Qapılari”na yaxın ərazidə 300 metr uzunluğunda hasarlanma işləri aparılır və yaxın vaxtlarda hasarlanma işlərinin yekunlaşması gözlənilir. 

  Bundan başqa Bakı prospektində Modul Elektrik Stansiyanın qarşısından Qudyalçay ərazisinə qədər olan  7 km məsafədə yol yenidən asfaltlanmış  , həmin ərazidə yol boyu piyada səkilərinin asfaltlanma işləri davam etdirilir. Eyni zamanda həmin ərazidə yağıntılar zamanı yaranmış su gölməçələrinin qarşısının alınması üçün su tutarları tikilmişdir.Hal-hazırda Qadaşoba kəndində  3 km ərazidə kənd daxili yollara asfalt örtüyünün çəkilməsi işləri aparılır. Son vaxtlar şəhərdə yaranan avtomobil sıxlığını və nəqliyyat vasitələrinin parkinq  problemlərini aradan qaldırmaq məqsədilə hesabat dövründə məqsədyönlü işlər görülmüşdür.Bununla əlaqədar, parkinq  sahəsinə düşən 16 ədəd şam ağacı qorunmaq məqsədilə başqa ərazilərə köçürülmüşdür. Köçürülmə işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi və aidiyyəti qurumlar ilə mövcud qanunvericiliyinin tələblərinə uyğun, eyni zamanda təhlükəsizlik qaydalarına riayət etməklə həyata keçirilmişdir. Belə ki, köçürülməzdən əvvəl nisbətən böyük ölçüdə olan ağacların peşəkar mütəxəssislər tərəfindən aqrotexniki tələblərə uyğun olaraq budanması, onlara qulluq edilməsi  kimi qaydalara ciddi nəzarət olunmuşdur. Hamımıza məlumdur ki, son vaxtlar şəhərdə yaranan maşın sıxlığının aradan qaldırılmasında və sürücülərimizin rahat şəkildə onlar üçün yaradılmış maşın dayanacaqlarından istifadə edilməsi əhalimizin rahatlığına xidmət edəcəkdir.

Möhtərəm Prezidentimizin göstərişinəəsasən  rayonun 19 kəndinin (Nabran,Turist, Dalğalı, Samurçay, Şimali, Günəşli, Tel, Yaquboba, Xanoba, Səlimoba, Vələmir, Meşəli, Sahillər, Aşağıoba, Aslanoba, Seyidlikəndyeri, Xuray, Çaxçaxlı, Pərdiqıran) qazlaşdırılması layihəсинин щяйата кечирилмясиня башланılmışdır. 2018-ci ilin 3 ayıərzində rayonun Çaxçaxlı, Seyidli, Meşəli, Sahillər, Dalğalı, Turist, Samurçay kəndlərində qazlaşma işləri aparılmışdır. Nabran, Şimali, Günəşli, Aşağıoba, Xuray, Vələmir, Pərdiqıran, Qaracikzeyid, Aslanoba kəndlərində təbii qazın açılışı olmuşdur. Xaçmazda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 101-ə, rayon üzrə qazdan istifadə edən abonentlərin sayı isə 34 min 950-ə çatdırılmışdır.

Sonda Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tərəfindən qarşıda duran vəzifələr ilə bağlı aidiyyatı təşkilatlara  müvafiq göstəriş və tapşırıqlar verilmişdir. 

Keçidlər