Aprelin 28-də Xaçmaz rayonunda Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirildi.
İlk öncə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın Zərifə xanım Əliyevanın adını daşıyan 8 saylı məktəb liseyə gələrək, görkəmli oftolmoloq-alimin abidəsini ziayrət edib və abidə önünə tər çiçəklər düzərək , görkəmli alimin əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər. Daha sonra tədbir unudulmaz ziyalının adını daşıyan məktəbdə davam etdirildi. Tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev həkim peşəsini vicdanla yerinə yetirən oftolmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı. Natiq çıxışında insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyevanı istər elmi fəaliyyətində qazandığı uğurlar, istər şəxsiyyət kimi öz fərdi keyfiyyətləri ilə ailəsinin və vətəninin adını ucaldan şəxsiyyət kimi səciyyələndirdi. Daha sonra Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova çıxış edərək bildirmişdir ki, Akademik Zerife Eliyevanın alim kimi qazandığı böyük uğurlar Azerbaycan tibb elminin tarixinde ayrıca bir merhele teşkil edir. Onun elmi fealiyyeti çox zengin ve ehateli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına hesr edilmiş çox profilli tedqiqatlar aparıb ve deyerli elmi-tedqiqat işleri yazıb.
Müxtelif göz xesteliklerinin müalice ve profilaktika tedbirlerinin işlenib hazırlanması ile meşğul olan Zerife xanım özünün tedqiqat işlerini traxomanın müalicesi ile bağlı meselelere, habele traxomanın ve onun ağır neticelerinin müalicesi zamanı o dövrde yeni olan antibiotiklerin imkanlarından semereli istifade etmeyin öyrenilmesine hesr edib. Akademik Zərifə Əliyeva adına məktəb liseyin yetirmələri və məktəbin müəllim heyəti və digər çıxışçılar Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə etdilər. Natiqlər çıxışında bildirdilər ki, onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı.
Daha sonra tədbir məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirildi,
Sonda qonaqlar Zərifə Əliyeva adını daşıyan muzey ilə tanış oldular.