Şriftin ölçüsü :

Saytın rəngi :

7 may 2018-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə elmi-praktik konfransı keçirilmişdir.

07 may 2018 | 16:00

  Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirmişdir ki,  ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir soydaşımız üçün əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsidir.  Konfransda çıxış edən  Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı mühüm xidmətlərindən danışıb. İlhamə Nəzərova bildirib ki, Heydər Əliyevin xatirəsi hər bir vətənpərvər azərbaycanlının qəlbində yaşayır və yaşayacaq. Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərinin ön sırasında onun 1993-cü ildə dövlətimizin xilas edilməsi missiyası durur. Hər il qeyd etdiyimiz 15 iyun - Milli Qurtuluş Günü onun xilaskarlıq missiyasının başlanğıcıdır. Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. Xalqımız bu xidməti hər zaman yüksək qiymətləndirir. Müstəqil Azərbaycan dövlətinin xilası məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider 1993-cü ildə xalqımızın birliyinə nail olmasaydı, dövlətimizin gələcəyindən danışmaq mümkün olmazdı. Hazırda Azərbaycanda milli birliyə əsaslanan sabitlik var. Ümummilli Liderimiz hələ Naxçıvanda olarkən ziyalılara çağırış edirdi. O qeyd edirdi ki, xalq birləşməlidir.
  Daha sonra rayon gəncləri adından Elman Məmmədov və təhsil işçiləri adından Hicran Şabanova çıxış edərək,   Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının   ölkəmizin inkişafında oynadığı önəmli rolundan bəhs ediblər. Bildirilib ki,  Ümummilli Liderin qurduğu Azərbaycan nəinki regionun aparıcı ölkələrindən biridir, eləcə də dünyada böyük nüfuza malikdir. 
  Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxış keçirildi. 

Keçidlər