Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi qaliblərinin mükafatlandırılması mərasımı keçirilib.

16 may 2018 | 16:00

  Ümummilli liderin adını daşıyan Mərkəzdə ulu öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə Xaçmaz rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatının və Rayon Təhsil Şöbəsinin birgə xəttilə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi qaliblərinin mükafatlandırılması mərasımı keçirilib.
  Tədbirdə Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatının , Rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib. 
  İlk öncə tədbir iştirakçıları ulu öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. 
  Tədbirdə eyni zamanda 13 may 2018-ci il tarixə DİM-nin keçirdiyi qəbul imtahanlarında ən yüksək- 700 bal toplayan akademik Zərifə Əliyeva adına məktəbin şagirdi Rəcəbova Jalə Süleyman qızı təbrik edilib.
  Xaçmaz rayon  İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova  ilk öncə akademik Zərifə Əliyeva adına məktəbin şagirdi qəbul imtahanında 700 bal toplayan Jalə Rəcəbovanı təbrik edib, ona qarşıda duran tələbəlik illərində müvəffəqiyyətlər arzulayıb. Daha sonra İlhamə Nəzərova  çıxışında “Ən yaxşı təqdimat” müsabiqəsinin şagirdlər arasında keçirilməsinin böyük əhəmiyyət daşıdığını, ulu öndərin zəngin irsini hər zaman gənc nəsil tərəfindən öyrənilməsinin mühüm rol oynadığını bildirib.Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatının sədri Nazim Ağayev çıxışında ilk öncə Jalə Rəcəbovanı qəbul imtahanında ən yüksək-700 bal toplayaraq tələbə adına layiq görülməsi münasibətilə təbrik ediblər, ona gələcək tələbəlik illərində daha böyük uğurların qazanılmasını arzulayıblar.Daha sonra çıxışçılar  ümummilli lider Heydər Əliyevin xalqının və dövlətinin müstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlərin görüldüyündən, XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biri kimi, xalqımızın yaddaşında öz adını tarixi xidmətləri ilə həkk edilməsindən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər bir sahədə olduğu kimi elmə, mədəniyyətə və təhsilə göstərdiyi diqqət və qayğıdan genış söz açıblar.  ”Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsində Qobuqıraq kənd ümumi orta məktəbin IX sini şagirdi I yerə, Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi II yerə, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin IX sinif şagirdi III yerə layiq görülüb. Digər 9 məktəbin şagirdləri isə fəal iştirak etdiklərinə görə fərqləniblər.
  Sonra müsabiqə qaliblərinə diplom və müxtəlif hədiyyələr dəqdim edilib.

Keçidlər