Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayon İcra Hakimiyyətinin və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilarçılığı ilə region sənətkarlarının əl işlərinin sərgisinə start verildi

17 may 2018 | 16:00

  Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən regionda dekorativ-tətbiqi sənət növləri ilə məşğul olan sənətkarların əl işlərinin sərgisinə start verilib. Ümummilli lider Heydər Əliyevin 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş belə sərgilərin keçirilməsində əsas məqsəd bu sənət növlərinin yaşadılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsidir.
    İlk sərgi 17 may 2018-ci il tarixində Xaçmaz Dövlət Rəsm Qalereyasında metal üzərində bəddi döymə ustası Zeydulla Ağayevin əl işlərindən ibarət sərgi təşkil edilib. Tədbiri giriş sözü ilə açan Xaçmaz  rayon İcra Hakimiyyəti Bşçısının birinci müavini İlhamə Nəzərova belə sərgilərin keçirilməsinin sənətkarların fəaliyyətinə xüsusi təkan verəciyini açıqladı və Z.Ağayevə fəaliyyətində uğurlar arzuladı. İlhamə Nəzərova bildirdi ki, ölkə Prezidenti tərəfindən mədəniyyətə və incəsənətə böyük qayğı ilə yanaşılır. Daha sonra çıxış edən Xaçmaz  Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev regionda dekorativ-tətbiqi sənət növünün yaşadılması və inkişafı məqsədilə regional idarə tərəfindən xüsusi layihə hazırlandığını və gələcəkdə sənətkarların əl işlərinin satışı məqsədilə sərgi-satış mərkəzlərinin yaradılmasının nəzərdə tutulduğunu bildirdi. Həmçinin bu sənət növlərinin gələcək nəsillərə ötürülməsi məqsədilə dərnəklərin yaradılmasının vacibliyini xüsusi qeyd etdi.
   Daha sonra Xaçmaz  rayon İcra Hakimiyyəti Bşçısının birinci müavini İlhamə Nəzərova və Xaçmaz  Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev  Zeydulla
 Ağayevə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanı və hədiyyəsi  təqdim edildi. Tədbir iştirakçıları tərəfindən sərgiyə baxış keçirildi.
    Belə sərgilərin növbəti günlərdə regiona daxil olan Quba, Qusar, Şabran və Siyəzən rayonlarında da təşkil edilməsi nəzərdə tutulmuşdur.

Keçidlər