Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş " Sehrli rənglər" adlı festival keçirilib.

12 iyun 2024 | 16:50
Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhəri, Zəfər parkında 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş " Sehrli rənglər" adlı festival keçirilib.
Festivalda rəsm bacarığı olan 200-ə yaxın şagird iştirak edib. Məktəblilər sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirib və 15 İyun Milli Qurtuluş Gününə dair müxtəlif məzmunlu rəsmlər çəkiblər.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova tarixi günün əhəmiyyətindən danışıb və belə festivalların təşkilini yüksək qiymətləndirib. Növbəti tədris ilində də müxtəlif məzmunlu idman yarışlarının, müsabiqələrin və festivalların davam etdiriləcəyini vurğulayıb.
Keçidlər