Xaçmaz rayonunun iki kəndinə təbii qaz verilib.
2018-ci il mayın 17-də Xaçmaz rayonunun Çaxçaxlı və Seyidlikəndyeri kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 57 abonenti olan Çaxçaxlı və 148 abonenti olan Seyidlikəndyeri kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3206 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 12912 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Hazırda Xaçmaz rayonunun Turist və Dalğalı qəsəbələrində eləcə də Krasnı Xutor kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcəkdir.
Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.