Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 22-də Xaçmaz rayonundakı Fəvvarələr Bağında Ulu Öndərin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr edilən kitab sərgi-yarmarkaları təşkil olunub.

22 may 2018 | 16:00

  Sərgi-yarmarkalar Xaçmaz Rayon İcra Hakimiyyəti, Xaçmaz  Rayon  Mədəniyyət  İdarəsi  və Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə reallaşıb.

  Tədbirdə Xaçmaz Rayon icra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev,   Xaçmaz  Rayon  Mədəniyyət  İdarəsinin rəisi i Nazim Ağayev  təhsil müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. 

  Tədbirdə çıxış edən  Xaçmaz Rayon icra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova bildirib ki,  ənənəvi olaraq hər il keçirilən sərgi-yarmarkaların əsas məqsədi müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliə  marağının artırılması, maarifləndirilməsi və kitabların təbliğinə nail olmaqdır. Builki sərgi-yarmarkada 30-dək nəşriyyat və poliqrafiya evi çap məhsullarını nümayiş etdirir. Bir gün davam edəcək yarmarkalarda hər kəs müxtəlif növ kitabları güzəştli qiymətlərlə əldə edə bilər.Daha sonra İlhamə Nəzərova qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti 6 oktyabr 2008-ci il tarixində "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" sərəncam imzalamışdır. Azərbaycanda kitabxana işinin inkişafında yeni bir mərhələyə başlanğıc verən bu mühüm sənəd ölkə Prezidentinin bütövlükdə mədəniyyətə və mədəni dəyərlərimizə diqqət və qayğısının bariz nümunəsidir. Bu, həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəni quruculuq siyasətinin uğurla davam etdirilməsinin göstəricisidir.Daha sonra Xaçmaz  Rayon  Mədəniyyət  İdarəsinin rəisi  Nazim Ağayev kitabxanaların fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verdi. 

  Sonra qonaqlar sərgi-yarmarkalarla yaxından tanış olublar.

  Tədbir konsert proqramı ilə davam edib.

Keçidlər