Uşaq Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə bağlı tədbir keçirildi
Xaçmaz rayon İncəsənət Muzeyində Uşaq Yaradıcılıq Mərkəzinin fəaliyyətinə həsr olumuş tədbir keçirilmişdir. Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova, rayon təhsil şöbəsinin müdiri, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, Xaçmaz rayonunun Uşaq Yaradıcılıq Mərkəzlərinin şagird və müəllimləri, rayon gəncləri iştirak ediblər.
Tədbir ilk öncə dövlət himninin səslənməsi ilə başlanıb. Daha sonra Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri öz bacarıqlarını nümayiş etdirən maraqlı bədii nümunələr sərgiləyiblər. Şagirdlərin bacarıqları incəsənətin bütün sahələri üzrə təqdim olunmuşdur. Tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova uşaqları, onların valideynlərini, eləcə də bütün iştirakçıları salamlayaraq tədbir iştirakçılarına uğurlar arzulamışdır. İlhamə Nəzərova bildirib ki, uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunublar. Prezidentimiz cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Körpə balalarımızın sağlamlığı, təlim və tərbiyəsi ilə bağlı daim ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə geniş istiqamətli iş aparılır.
Daha sonra tədbir iştirakçıları uşaqların əl işlərindən təşkil olunmuş geniş sərgi ilə tanış olmuş və xatirə şəkli çəkdirilmişdir.