Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr edilmiş bayram tədbiri keçirildi.

25 may 2018 | 16:00

  Rayonun Heydər Əliyev   Mərkəzində    keçirilən tədbirdə Xaçmaz    rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev, hüquq-mühafizə orqanlarının, idarə və müəsssisə rəhbərləri, Yeni Azərbaycan Partiyası Xaçmaz  rayon Təşkilatı, Xaçmaz  rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdirləri, rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun səhiyyə, məktəbəqədər və orta ümumtəhsil və mədəniyyət müəssisələrinin rəhbərləri və  fəal gənclər iştirak etdilər.   Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir açıq elan edildi.
  Tədbirdə geniş məruzə ilə çıxış edən  Xaçmaz  rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova   1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğuladı, 1993–cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn ulu Öndər və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən bəhs etdi .İlhamə Nəzərova bildirdi ki,   gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir. Natiq  bildirdi ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı. Məhz buna görə həmin süqutdan 71 ildən sonra, 1991-ci ildə Azərbaycan SSR-nin oraq-çəkicli al bayrağını endirib müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu qumaşını yenidən ucaldanda biz Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq. İlhamə Nəzərova  onu da qeyd etdi ki, istiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, fəhm, uzaqgörən siyasət və iradə ardıcıllığı zəruridir. Yalnız bu keyfiyyətlərin daşıyıcısı olan liderə xalq şərtsiz arxalana, özünün taleyini ona həvalə edə bilər. Bu gün xalqımızın bu ideallarını qoruyan dövlət Başçısı cənab İlham Əliyevdir.
  Tədbir bədii incəsənət ustalarının konsert proqramı ilə davam etdirildi.

Keçidlər