Şriftin ölçüsü :

Saytın rəngi :

15-İyun tarixində rayonun Bakı prospektində yeni inşa olunmuş piyada keçidinin açılışı həyata keçirilib.

15 iyun 2018 | 16:00

  Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və  müəssisələrin rəhbərləri, rayon sakinləri iştirak ediblər. Açılış mərasimində Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı Şəmsəddin Xanbabayev bildirib ki, qısa müddətdə yerinə yetirilən inşaat işləri zamanı əhalinin rahatlığının təmin edilməsi məqsəd olaraq qarşıya qoyulub.  Yeni yol bu ərazidə nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti baxımından mühüm rol oynayır.Beləliklə, bu yerüstü piyada keçidi  rayonun yol-nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə töhfəsini verəcəkdir.
  Piyada  keçidinin yerləşdiyi ərazi parklarla əhatə olunduğundan  istirahətə  gələn insanların təhlükəsizliyi bu keçid vasitəsi ilə  təmin ediləcəkdir.  Yerüstü piyada keçidinin 4 çıxışı  sakinlərin prospektin  əks istiqamətlərinə təhlükəsiz hərəkətini təmin edəcəkdir.
  Son dövrlərdə rayonda inşa olunan yeraltı və yerüstü piyada keçidlərinin inşası Xaçmazın  yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsinə çevrilib. Bayram ərəfəsində  şəhər  sakinlərinin  istifadəsinə verilən piyada keçidi əhali tərəfindən sevinclə qarşılanıb. 

Keçidlər