Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi

28 iyun 2018 | 16:00

  Xaçmaz  rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq  səyyar qəbul keçirmişdir. Səyyar qəbul rayonun Əhmədoba inzibati ərazi dairəsində keçirilmişdir. RİH Başçısı Şəmsəddin Xanbabayev sakinlərin müraciətlərini dinləmişdir.

  Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən imtiyazlı şəxslərin mənzil növbəsinə götürülmə, yaşadıqları mənzillərin  qəzalı olması, elektrik şəbəkəsinin yenidən qurulmasını, əkin sahələrində suvarılma üçün suyun yetərli olmaması ilə bağlı müraciətlər etmişlər. Tanrıverdiyeva Mafiyyə  rayonda  aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə , xüsusilə yeni salınmış park və xiyabanlara   görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirərək, qısa müddətdə rayonumuzun  nəzərəçarpacaq dərəcədə gözəlləşdiyini qeyd etdi.

  Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxslərinə, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin  rəhbərlərinə  müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin Başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Xaçmaz  rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır.

 

 

Keçidlər