Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Ləcət kəndində səyyar qəbul keçirdi

12 iyul 2018 | 16:00

  Xaçmaz  rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq  səyyar qəbul keçirmişdir. Səyyar qəbul rayonun Ləcət inzibati ərazi dairəsində keçirilmişdir. RİH Başçısı Şəmsəddin Xanbabayev sakinlərin müraciətlərini dinləmişdir.

  Sakinlər bir sıra məsələlərlə  bağlı, o cümlədən elektrik şəbəkəsinin yenidən qurulmasını,yeni qaz xəttlərinin çəkilməsi,  əkin sahələrində suvarılma üçün suyun yetərli olmaması ilə bağlı müraciətlər etmişlər. Bir sıra kənd sakinləri    rayonda  aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə , xüsusilə yeni tikilmiş məktəb binalarına    görə ölkə Başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirərək, qısa müddətdə rayonumuzun  nəzərəçarpacaq dərəcədə gözəlləşdiyini qeyd etdi.

  Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxslərinə, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin  rəhbərlərinə  müvafiq tapşırıqlar verilmişdir. İcra Hakimiyyətinin Başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Xaçmaz  rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır.

Keçidlər