QANVERMƏ AKSİYASI KEÇİRİLDİ
28 iyun 2018 | 16:00
Iyunun 28-də H. Əliyev adına Mədəniyyət Mərkəzində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirildi.
Aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xətti ilə Dövlət Qan Bankı və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə reallaşıb.
Səhər saat 9-00dan başlayan aksiyada RİH-in, Polis Şöbəsinin əməkdaşları, İƏD nümayəndələri, bələdiyyə sədrləri, mədəniyyət və təhsil işçiləri iştirak etmişlər.
Gün ərzində 81 nəfər qanvermədə iştirak etmişdir ki, onların da əksəriyyəti polis işçiləri oımuşdur.