13 İyul 2018- ci il tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzində növbəti hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına nəzər salınıb. Qarşıda duran vəzifələrin görülməsinə dair məsələlər müzakirə olunub.
Rayonun idarə, təşkilat və müəssisələrinin, xidmət sahələri rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, ölkənin davamlı inkişafının təmin olunmasında möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır. Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Xaçmaz rayonunda aparılan abadlıq-quruculuq istiqamətində görülən işlərin şəhər sakinləri tərəfindən rəğbətlə qarşılandığını vurğulayan Şəmsəddin Xanbabayev deyib ki, rayonda sosial sahədə reallaşdırılan layihələr müsbət həllini tapır.
2018-ci ilin birinci yarısında rayon İcra Hakimiyyəti Başçısının aparatı, onun şöbələri, hüquq-mühafizə orqanları ilə birlikdə Respublika Prezidentinin Qərar, Fərman və Sərəncamlarını və ölkə daxilində həyata keçirilən siyasi xətti əldə rəhbər tutaraq ,rayonda iqtisadi inkişafı sürətləndirmək, ictimai-siyasi sabitliyi qorumaq , qanunların icrasını təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Cari ilin birinci yarısında görülmüş işlər haqqında Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova məruzə edərək bildirmişdir ki, hesabat dövrü rayonumuz üçün də bir sıra hadisələrlə əlamətdar olmuş, kifayət qədər böyük həcmli tikinti-quruculuq, abadlıq işləri görülmüşdür.
İlhamə Nəzərova məruzə edərək bildirmişdir ki, 2018-ci ilin birinci yarısı rayon üzrə ümumdaxili məhsulun həcmi 150,6 milyon manat, sənaye məhsulunun həcmi 25,9 milyon manat, kənd təsərrüfütı məhsullarının ümumi 63,3 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 43,3 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 206,9 milyon manat, əsas kapitala yönəlmiş investisiyaların həcmi 56,8 milyon manat, adam başına düşən pul gəlirləri 848,2 manat, orta aylıq əmək haqqı 343,3 manat təşkil etmişdir. Nəqliyyat sahəsində xidmətlərin həcmi 3,5 milyon manat, rabitə xidmətlərin həcmi 772,1 min manat olmuşdur. Hesabat dövründə ümumi sahəsi 11361 m² olan mənzil tikilib istifadəyə verilmişdir.
Hesabat dövründə abadlıq-quruculuq işləri planlı şəkildə davam etdirilmişdir. Yenidən qurma işləri əhalinin rahatlığına xidmət etmişdir. Şəhərin giriş hissəsində Bakı prospektində 14000 metr, akademik ZərifəƏliyeva, Z.Tağıyev, N.Nərimanov küçələrində10000 metr məsafədə beton bardyurlar qoyulmuşdur. Əsas istirahət guşələrimizdən biri olan “Seyrəngah”-da 3500 m2 ərazidə yeni dekorativ tamet daşları döşənmişdir. “Azərsu” ASC-nin Xaçmaz regional idarəsinin qarşısında tikilmiş və memarlıq üslubuna görərayonumuz üçün yeni bir tkinti nümunəsi hesab olunan “Saatlar Qülləsi”-də Rusiya Federasiyasından gətirilmişüçədəd saat quraşdırılmışdır. Həmin ərazinin ətrafına yeni mozaika üslubunda pilətələr döşənməklə yanaşı, 1200 paqon metr uzunluğunda bardyur düzülmüşdür. Rayonun Xudat şəhər istiqamətindəki “Giriş Qapılari”na yaxın ərazidə 300 metr uzunluğunda hasarlanma işləri aparılmışdır.Bundan əlavə Bakı prospektində 1,2 km uzunluğunda torpaqlanma işləri aparılmışdır.Həmin torpaqlanma aparılmış ərazidə 5000 kvadrat metr əraziyə qazon örtüyü salınmış və 1000-dən çox dekorativ ağac və kollarəkilmişdir. Bakı prospektindəşəhər qəbiristanlığına giriş qapısı olaraq şərq memarlıq üslubunu özündəəks etdirən Minarə ucaldılmış və həmin Minarənin 2-ci mərtəbəsindənamazgah yaradılmışdır.
Möhtərəm Prezidentimizin göstərişinəəsasən rayonun 19 kəndinin (Nabran,Turist, Dalğalı, Samurçay, Şimali, Günəşli, Tel, Yaquboba, Xanoba, Səlimoba, Vələmir, Meşəli, Sahillər, Aşağıoba, Aslanoba, Seyidlikəndyeri, Xuray, Çaxçaxlı, Pərdiqıran) qazlaşdırılması layihəсинин щяйата кечирилмясиня башланılmışdır. 2018-ci ilin 6 ayı ərzində rayonun Çaxçaxlı, Seyidli, Meşəli, Sahillər, Dalğalı, Turist, Samurçay kəndlərində qazlaşma işləri aparılmışdır. Nabran, Şimali, Günəşli, Aşağıoba, Xuray, Vələmir, Pərdiqıran, Qaracikzeyid, Aslanoba kəndlərində təbii qazın açılışı olmuşdur.
Sonda Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev tərəfindən qarşıda duran vəzifələr ilə bağlı aidiyyatı təşkilatlara müvafiq göstəriş və tapşırıqlar verilmişdir.