Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsinin iştirakçıları iyulun 24-də Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olublar.

24 iyul 2018 | 16:00

  Düşərgə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Heydər Əliyev Mərkəzində layihə iştirakçılarını Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İlhamə Nəzərova və rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov  qarşılayıblar. İştirakçılar ilk öncə Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.  Xaçmaz rayon İcra Hakimiyyəti  Başçısının birinci müavini İlhamə Nəzərova çıxış edərək bildirmişdir ki, dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır.

  Bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər əsasən bu sahənin intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, iqtisadi amillər – yəni maliyyə durumlarının, sosial rifah göstəricilərinin yüksək olması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və s. taleyüklü məsələlərdir.

  Ulu Öndərin mənalı ömür yolu, ölkəmizin inkişafı naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilib.

  Açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ilə yaxından tanış olan layihə iştirakçıları daha sonra Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə gəliblər. Diqqətə çatdırılıb ki, 2013-cü ildə bu muzeyin açılış mərasimində dövlətimizin başçısı şəxsən iştirak edib. Muzeydə ölkəmizin, o cümlədən Xaçmaz rayonunun tarixini əks etdirən və turistlər üçün maraq doğuran çoxsaylı eksponatlar var. Muzeyin ikinci mərtəbəsində tarix-etnoqrafiya bölməsi fəaliyyət göstərir. Burada müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yerləşdirilib.

  Düşərgə iştirakçıları, həmçinin Xaçmaz şəhərindəki parkları gəzib, xatirə şəkilləri çəkdiriblər.

Keçidlər