Xaçmaz rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
İlk öncə konfrans iştirakçıları müasir Azərbaycanın memamırı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Könfrans həm də əlamətdar bir günə təsadüf edib.
Könfrans iştirakçıları öncə müəllimlərin yeni dərs ilinin başlacanağı bir ərəfədə rayonun “Çənlibel” parkında inşa edilən əzəmətli “Ana dili müəllim”i abidəsinin açılışında da iştirak etdilər. Bu həm də rayon müəllimlərinin əməyinə göstərilən diqqət və verilən böyük bir töhvədir. Sonra “Dəyirmi masa” ətrafinda başlayan konfransda Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova,Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Şöbəsinin müdiri Aydın Əhmədov eyni zamanda idarə və müəssisə rəhbərləri, qabaqcıl təhsil işciləri, ali məktəblərə yüksək balla qəbul olmuş məzunlar iştirak edib. Konfrans dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova “2017-2018-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr “ haqqında geniş məruzə edib. Məruzəsində milli təhsilimizə olan dövlət qayğısı nəticəsində təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlərin görüldüyündən, hər il respublikamızda yeni-yeni məktəblərin tikilərək müəllim və şagirdlərin istifadəsinə verilməsindən söz açdı. Geniş çıxışında ötən tədris ilində 50 nəfər məzunun 500-dən yuxarı,12 nəfər məzunun 600-dən yuxarı, bir nəfər məzunun isə şimal regionunda ilk dəfə olaraq 700 bal toplamasını vurğulayan məruzəçi, məzunlardan bir nəfərin qızıl, bir nəfərin isə gümüş medala layiq görülməsini, IX siniflər üzrə 17 nəfərin, XI siniflər üzrə 18 nəfərin fərqlənmə attestatı ilə bitirmələrini diqqətə çatdırdı.Çıxışında 2018-2019-cu tədris ilində Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən təhsildə keyfiyyət ilinin ənənəvi qaydada davam edəcəyini, bununla əlaqədar qarşıda duran vəzifələri yerinə yetirməklə daha böyük uğurların əldə ediləcəyini bildirdi.
Konfransda iştirak edən 600-dən yuxarı ball toplamış məzunlar təbrik edildi,onlara hədiyyyələr təqdim olundu. Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Şöbəsinin müdiri Aydın Aydın Əhmədov “Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji işçilər arasında keçirilən pedaqoj mühazirələrdə Xudat şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nəzakət Əhmədovaya Respublika “Pedaqoji Mühazirələr”inin nəticələrinə görə təhsil nazirinin imzaladığı tərifnaməni təqdim etdi.
Rayon İcra Hakimiyyətinin Başçısınin birinci müavini İlhamə Nəzərova, Təhsil Şöbəsinnin metodisti Məhərrəm Abasova uzun müddət təhsil sahəsindəki nailiyyətlərinə və rayonun ictimai-siyasi həyatındkı səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şəmsədddin Xanbabayevin imzaladığı Fəxri fərmanı təqdim etdi.
Sonra çıxış edən İlhamə Nəzərova ölkə Başçısı tərəfindən təhsilə göstərilən qayğıdan bəhs edib. İlhamə Nəzərova bildirib ki, möhtərəm Prezidentimizin qayğısı ilə təhsilin inkişafı daha da sürətlənəcəkdir.
Akademik Z.Əliyeva adına Xaçmaz şəhər 8 №li məktəb liseyin məzunu, 700 balla “ADA” Universitetinin iqtisadiyyat fakultəsinin I kurs tələbəsi Jalə Rəcəbova ətraflı çıxış etdilər.
Sonda təhsil işçiləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlandı