18 Oktyabr – Müstəqilliyin Bərpası Günü
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edir. XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 31 il ötür.
Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyuldu, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırıldı və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafın təməli qoyuldu.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra Azərbaycan xalqı Müstəqilliyin Bərpası Gününü öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi təntənə ilə qeyd edir. Bu münasibətlə rayonun idarə, müəssisə və təşkilatları tərəfindən silsilə tədbirlər keçirilir, Azərbaycanın qədim və keşməkeşli tarixinə, müstəqillik illərinə qürurla nəzər yetirilir.