Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda Belarus mədəniyyəti günləri çərçivəsində Xaçmaz rayonunda səfərdə olmuşdur

06 iyun 2013 | 15:00

05 iyun 2013- cü il tarixdə Belarusun Azərbaycan Respublikasındakı səfiri cənab N.Y.Patskeviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda Belarus mədəniyyəti günləri çərçivəsində Xaçmaz rayonunda səfərdə olmuşdur. Nümayəndə heyətini Xaçmaz RİH-in başçısı cənab Şəmsəddin Xanbabayev qarşılamış, qonaqlara rayonun tarixi, ictimai-siyasi və sosial-iqtisadi  həyatı ilə əlaqədar ətraflı məlumat vermişdir.Nümayəndə heyəti ulu öndər Heydər Əliyevin abidəsi önunə əklil qoymuş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdur. Daha sonra qonaqlar Şəxsiyyətlər muzeyi, Çənlibel istirahət parkı, Heydər Əliyev Seyrəngahı, Heydər Bulağı və Xaçmaz şəhərinin digər bənzərsiz məkanları ilə tanış olmuşlar. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri akademik Zərifə Əliyeva adına 8 saylı məktəb liseydə olmuş, Zərifə Əliyeva adına muzeyi ziyarət etmişlər.
Səfərin yekunu olaraq Xaçmaz şəhər Xalça muzeyinin qarşısında mədəni-kütləvi tədbir keçirilmişdir. Tədbirdə Xaçmaz RİH Başçısı cənab Şəmsəddin Xanbabayev və Belarusu ölkəmizdəki səfiri cənab N.Y.Patskeviç çıxış edərək Belarus və Azərbaycan xalqları arasındakı qardaşlıq münasibətlərinin çox yüksək səviyyəyə çatdığını qeyd etmişlər. Tədbir Belarus incəsənət ustalarının konserti ilə başa çatmışdır.

Keçidlər