Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Qalağan kəndində səyyar qəbul keçirdi
Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbulu Qalağan kəndində keçirmişdir. RİH Başçısı Şəmsəddin Xanbabayev sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən Sayad kənd tam orta məktəbinin qazlaşdırılması, elektrik şəbəkəsinin yenidən qurulmasını, əkin sahələrində suvarılma üçün suyun yetərli olmaması ilə bağlı müraciətlər etmişlər.Məmmədov Qasım, Bayramov Zəkəriyyə və Manafov Arif rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinə , xüsusilə yeni salınmış park və xiyabanlara görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirərək, qısa müddətdə rayonumuzun nəzərəçarpacaq dərəcədə gözəlləşdiyini qeyd etdi.
Xaçmaz Rayon İcra Hakimiyyətinin Şəmsəddin Xanbabayev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib. İcra Hakimiyyətinin Başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Xaçmaz rayonu ərazisində həyata keçirilən layihələr barədə söhbət aparmışdır.