Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonu-Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində potensialların artırılmasına dəstək

28 sentyabr 2018 | 16:00

  Sentyabrın 28-də Xaçmaz rayon İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Xaçmazda regional seminar keçirilib.

   Seminarın əsas müzakirə mövzusu "Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üçün yerli dövlət-özəl sektor əməkdaşlığı" olub.
   Tədbiri giriş sözü ilə açan Xaçmaz rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlhamə Nəzərova rayonun son illər ərzində əldə etdiyi uğurlardan bəhs edib. İlhamə Nəzərova bildirib ki, möhtərəm Prezidentimizin müəllifi olduğu regionların sosial-iqtisadi inkişaf proqramı hər bir bölgənin dayanıqlı inkişafını təmin edir. 

  Tədbirdə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova “2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib. Nazir müavini ərzaq, kənd təsərrüfatı, meşəçilik, balıqçılıq və kənd yerlərinin inkişafı sahələri üzrə həyata keçirilmiş tədbirlərin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lərin) icrasının təmin olunmasında və yoxsulluğun azaldılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Ölkəmizin qlobal əməkdaşlığa böyük önəm verdiyini qeyd edən S.Məmmədova DİM-lərin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

  Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ölkədə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə danışıb.

  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak isə çıxışında Azərbaycanın aidiyyəti qurumları ilə FAO arasındakı əməkdaşlıq, bu sahədə həyata keçirilən layihələr və görülmüş işlər barədə məlumat verib.

  Seminar çərçivəsində Təbii Sərvətlər və Tibbi Bioloji Elmlər Universitetinin İnkişaf Tədqiqatları Mərkəzinin eksperti Həmid El Bilali “Dayanıqlı İnkişaf üçün 2030-cu il Gündəliyində ərzaq və kənd təsərrüfatı” mövzusunda təqdimatla çıxış edib.

  Tədbirdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin mərkəzi və yerli qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətlərinin üzvləri, ərzaq və kənd təsərrüfatı məhsullarının yerli istehsalçıları iştirak ediblər.

  Seminarda DİM-lərlə bağlı videoçarx nümayiş olunub və bu məsələlərin icrasına dair müzakirələr aparılıb.

Keçidlər