Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 100 illik yubileyi geniş qeyd olunub

01 oktyabr 2018 | 16:00

  Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən həmin ildən etibarən hər il öz peşə bayramlarını qeyd etmək imkanı əldə edən Azərbaycan Respublikası Prokurorluğunun kollektivi  milli prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyini və növbəti peşə bayramını qeyd edib.

  Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

  Tədbirdən ilk öncə Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. 

  Tədbirdə çıxış edən Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev  Azərbaycan Prokurorluğunun 100 illik yubileyi və peşə bayramı günü münasibətilə  prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini səmimi qəlbdən təbrik edərək bildirib ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən bir dövlət təsisatı kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qayğısı nəticəsində mümkün olub.

  Şəmsəddin Xanbabayev bildirilib ki, xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub.

  Daha sonra çıxış edən Xaçmaz rayon prokuroru Elxan Əbdürrəhimov  bildirdi ki, bir çox dövlət təsisatı kimi prokurorluq orqanlarının da yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət sürdüyü 23 aylıq dövrə təsadüf edir. 1918-ci il 1 oktyabr tarixli qərarla Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanları öz 100 illik tarixi ərzində xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər şəkildə çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşıb, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq edib, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində öz xidmətlərini göstərib.Möhtərəm Prezidentimizin qayğısı ilə daha yeni uğurların əldə ediləcəyini bildirib. 

  Mərasimdə xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı adından  fəxri fərmanlar təqdim edilib.

Keçidlər